Qadın cüdoçularımız yeni qaydalarla bağlı keçirilən seminarda iştirak ediblər
Cüdoçular üçün beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin iştirakı ilə keçirilən seminar davam edir.

Günün birinci seminarı yanvarın 25-də “Atilla” klubunun təlim-məşq mərkəzində təşkil olunub. Təlimdə Azərbaycanın qadınlardan ibarət milli komandasının məşqçiləri, idmançıları və hakimləri iştirak ediblər.

Seminarda V.Nutsubidze tərəfindən Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalar haqqında ətraflı məlumat verilib və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, cüdoda yeni qaydalarla bağlı seminar yanvarın 24-də başlayıb və bu gün başa çatacaq.

Xəbər 300 dəfə oxundu.