“Keşlə” klubu futbolçusu Miyuşko Boyoviç ilə yollarını ayırıb
Bakının “Keşlə” klubu futbolçusu Miyuşko Boyoviç ilə yollarını ayırıb.

Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib və karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, monteneqrolu oyunçu 2019-cu ildən “Keşlə”də çıxış edib.

Xəbər 267 dəfə oxundu.