Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Birinci dövrə çərçivəsində keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.

Yanvarın 26-da saat 18:00-da ikinci tur çərçivəsində “Express” “Sərhədçi”ni, ertəsi gün saat 16:00-da MOİK “Murov”u sınağa çəkəcək. Yanvarın 29-da isə üçüncü turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Xəbər 280 dəfə oxundu.