"Qarabağ"ın oyunu qara görə ləngiyib
"Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.

Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.

Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla" (Krakov) klubu ilə qarşılaşacaq.

Xəbər 279 dəfə oxundu.