“Tata Steel Masters”: Bu gün şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsen ilə qarşılaşacaq
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin doqquzuncu turunun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda hazırkı dünya çempionu Maqnus Karlsen ilə mübarizə aparacaq.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla Maqnus Karlsenlə ilk iki pilləni bölüşürlər.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 322 dəfə oxundu.