Bu gün Bakının “Sabah” klubu Antalyada növbəti yoxlama matçına çıxacaq
Antalya təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq.

Bakı təmsilçisi Serbiyanın “Mladost” komandası ilə üz-üzə gələcək. Bu, paytaxt klubunun Türkiyədə sonuncu yoxlama oyunu olacaq.

Qeyd edək ki, “Sabah” bunadək “Pakş” (Macarıstan) və “Zarya” (Ukrayna) ilə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.

Xəbər 309 dəfə oxundu.