“Qarabağ” klubu bu gün Çexiya və Polşa komandaları ilə qarşılaşacaq
Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” toplanış çərçivəsində bu gün sonuncu yoxlama oyunlarını keçirəcək.

UEFA Konfrans Liqasındakı təmsilçimiz iki matçda gücünü sınayacaq.

Ağdam təmsilçisi əvvəlcə Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

“Qarabağ”ın qardaş ölkədəki sonuncu rəqibi “Visla” olacaq. Polşa təmsilçisi ilə matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” bunadək üç oyun keçirib. “Qaz Metan”la (Rumıniya) qolsuz heç-heə edən Ağdam təmsilçisi “Baçka Topola”ya (Serbiya) 0:1 və “Şlensk”ə (Polşa) 2:3 hesabı ilə uduzub.

Xəbər 265 dəfə oxundu.