Azərbaycan millisi Estoniya yığmasını Sumqayıtda qəbul edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan - Estoniya qarşılaşması martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Oyunun başlama saatı hələ müəyyənləşməyib.

Xəbər 550 dəfə oxundu.