Azərbaycanın U-19 komandası iraqlı həmyaşıdları ilə qarşılaşacaq
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 9-dək Antalyada təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək. Millimiz fevralın 2-də İraqın U-19, dörd gün sonra “Rukh”un (Lvov, Ukrayna), ayın 8-də isə “Antalyaspor”un əvəzdici komandaları ilə qarşılaşacaq.

Xəbər 270 dəfə oxundu.