UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib
UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.

Ağdam təmsilçisinə UEFA Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 min, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 min və əlavə bonus olaraq 187 min 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, 1 milyon 178 min 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Marsel” ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Xəbər 292 dəfə oxundu.