Qazaxıstan millisi futzal üzrə Avropa çempionatında ilk qələbəsini qazanıb | |
Yanvarın 24-də Niderlandda futzal üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti oyunları keçirilib. B qrupu çərçivəsində iki oyun təşkil olunub. Günün ilk matçında İtaliya və Sloveniya milli komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 2:2. Digər oyunda isə Finlandiya millisi Qazaxıstan seçməsi ilə qarşılaşıb. Matçda qazaxıstanlı futzalçılar 6:2 hesablı qələbə qazanıblar. İlk turda Qazaxıstan millisi Sloveniya ilə 4:4, ikiqat Avropa çempionu İtaliya yığması isə Finlandiya ilə 3:3 hesablı heç-heçə edib. Hər iki matç Qroningen şəhərindəki "Martini Plaza"da keçirilib. Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Seçməmiz növbəti görüşünü yanvarın 26-da İspaniyaya qarşı keçirəcək. |
|
Xəbər 297 dəfə oxundu. |
|
|