“Qəbələ” klubu Antalyada yoxlama oyununda Çexiyanın “Bohemians” komandasına məğlub olub
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ” klubu bu gün yoxlama oyununda gücünü sınayıb.

Təmsilçimiz Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gəlib.

Bu, baş məşqçi Elmar Baxşıyevin qardaş ölkədə üçüncü sınağı olub. Bunadək Polşanın “Zaqlembe” (1:2) və Şimali Makedoniyanın “Boreç” (1:0) komandaları ilə görüşən “Qəbələ” sonuncu oyununda da məğlubiyyətə üzülüb. Çexiya komandası 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu matçla toplanışı başa vuracaq “Qəbələ” sabah Vətənə qayıdacaq.

Xəbər 287 dəfə oxundu.