“Zirə” - “Breqaniça” oyununda qalib müəyyənləşməyib
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən Bakının “Zirə” klubu Antalya toplanışında sonuncu yoxlama oyununa çıxıb.

Rəşad Sadıqovun yetirmələri hazırlıq prosesində üçüncü matçda “Breqaniça” ilə üz-üzə gəliblər. Şimali Makedoniya təmsilçisi ilə qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Davit Volkov fərqlənib.

Bunadək Antalyada iki oyuna çıxan “Zirə” Macarıstanın “Peç” (3:5) və Polşanın “Qurnik” (2:2) komandaları ilə görüşüb.

Qeyd edək ki, toplanışı bu görüşlə başa vuracaq “Zirə” sabah Bakıya qayıdacaq.

Xəbər 459 dəfə oxundu.