Georgi Adamiya “İnter”də ilk qolunu vurub
Gürcü futbolçu Georgi Adamiya “İnter”in heyətində Premyer Liqada ilk qolunu vurub. Bununla da yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında heyətində qol vurduğu klubların sayını 4-ə çatdırıb.

IV turun “Turan”la səfər oyununa kimi Adamiya “Neftçi”, “Bakı” və “Qarabağ” üçün də qollar vurmuşdu. 2005-ci ilin fevralında Azərbaycan çempionatında debüt edən Georgi ölkəmizdə 4 və daha çox komanda ilə qol sevinci yaşayan 5-ci legioner oldu.

Ona qədər milliləşənlər də nəzərə alınmaqla yalnız 4 futbolçu ən azı 4 komandada buna nail olmuşdu. 61-ci qolunu vuran Adamiya 3 futbolçuya çatsa da, Anatoli Doroşa məxsus mütləq rekord 5-ə bərabərdi. Adamiyadan təxminən 2 dəfə az – 32 qol vuran Anatoli buna 5 komandanın heyətində nail olub.

Xəbər 1141 dəfə oxundu.