Azərbaycan Super Liqasında təxirə salınan matçların vaxtları və keçirilmə yeri dəqiqləşib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınan matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən birinci dövrənin ikinci turunun oyunları ayın 25-də baş tutacaq.

Günün ilk qarşılaşmasında - saat 16:00-da “Azərreyl” ilə “Abşeron” üz-üzə gələcək. Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 301 dəfə oxundu.