Böyüklər arasında karate üzrə Avropa çempionatının vaxtı dəyişdirilib
Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatının vaxtı mayın 25-29-na dəyişdirilib.

Bu barədə qərar Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin yığıncağında verilib.

Yığıncaqda cari məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. Sevindirici haldır ki, EKF-in 2022-ci il təqvim planına daxil edilən 20 müxtəlif səviyyəli turnir arasında Bakıda uşaqlar arasında təşkil edilən “Olimpiya ümidləri” beynəlxalq turniri də var. Yarış 8-12 yaşlı uşaqların iştitakı ilə avqustun 27-28-də baş tutacaq. Qeyd edək ki, beynəlxalq turnir ilk dəfədir ki, EKF-in rəsmi təqviminə salınır.

Xəbər 306 dəfə oxundu.