Tbilisi basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək | |
Tbilisi Avropanın üç şəhəri ilə birlikdə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında deyib. Baş nazir bildirib ki, 2022-ci il sentyabrın 1-dən 18-dək basketbol üzrə Avropa çempionatı keçiriləcək. Tbilisi Avropanın üç şəhəri - Köln, Praqa və Milan ilə birlikdə bu yarışa ev sahibliyi edəcək. Avropa çempionatının A qrupunun oyunları Tbilisidə keçiriləcək. Bu qrupda Gürcüstan yığması ilə yanaşı, İspaniya, Rusiya, Türkiyə, Belçika və Bolqarıstan komandaları da çıxış edəcəklər. İ.Qaribaşvili deyib: “Çempionata hazırlıq işləri fəal şəkildə aparılır. İşlər Gürcüstan hökumətinin dəstəyi ilə bu ilin yayında başa çatdırılacaq. Avropa çempionatının keçirilməsi üçün paytaxtda Avropa standartlarına uyğun yeni idman sarayı tikilir”. |
|
Xəbər 305 dəfə oxundu. |
|
|