Şpaqaçılarımız Yunanıstanda “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışlarını başa vurublar
Yeniyetmə qız şpaqaçılarımız Yunanıstanın Saloniki şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışlarını başa vurublar.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, Xədicə Həsənli (5 qələbə), Aynur Quliyeva (5 qələbə), Nazilə Rəhimova (6 qələbə) və Alfiyə Abdinova (5 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər.

Ən güclü 8-liyə kimi irəliləməyi bacaran X.Həsənli yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Türkiyə təmsilçisi Yağmur Sonmusa 13:15 hesabı ilə uduzub. N.Rəhimova və A.Quliyeva isə pley-offda ən güclü 16-lığa kimi irəliləməyi bacarıblar. A.Quliyeva bu mərhələdə yunan rəqibi Argyrenia Mouriki (7:15), N. Rəhimova isə Y.Sonmusa (13:15) məğlub olub. Digər şpaqaçımız A.Abdinova isə 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Y.Sonmusa 10:15 hesabı ilə uduzub.

Yekun sıralamada X.Həsənli 6-cı, N.Rəhimova 9-cu, A.Quliyeva 13-cü, A.Abdinova isə 21-ci sırada qərarlaşıblar.

Turnirə yeniyetmə oğlan və qız şpaqaçıların komanda yarışı ilə yekun vurulacaq.

Xəbər 315 dəfə oxundu.