Bakının “Neftçi” klubu bu gün sonuncu yoxlama oyununu keçirəcək
Türkiyədə toplanışda olan Bakının “Neftçi” klubu bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Baş məşqçi Samir Abasovun yetirmələri Polşanın “Qurnik” klubu ilə qarşılaşacaqlar.

Görüş “Emirhan Sports Kompleks Side”də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bu, Bakı təmsilçisinin Antalyada üçüncü sınağı olacaq. Bunadək Macarıstan “Kişvarda”sı (2:2) və Polşa “Visla”sı (Plotsk) ilə (1:1) üz-üzə gələn paytaxt təmsilçisi qələbə qazana bilməyib.

Qeyd edək ki, “Qurnik” digər təmsilçimiz “Zirə” ilə də qarşılaşıb. Həmin matç heç-heçə bitib – 2:2.

Xəbər 267 dəfə oxundu.