Bu gün “Zirə” klubu Antalya toplanışında sonuncu yoxlama oyununu keçirəcək
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən Bakının “Zirə” klubu Antalya toplanışında sonuncu yoxlama oyununu keçirəcək.

Rəşad Sadıqovun yetirmələri hazırlıq prosesində üçüncü matçda “Breqaniça” ilə üz-üzə gələcəklər. Şimali Makedoniya təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bunadək Antalyada iki oyuna çıxan “Zirə” Macarıstanın “Peç” (3:5) və Polşanın “Qurnik” (2:2) komandaları ilə görüşüb.

Qeyd edək ki, toplanışı bu görüşlə başa vuracaq “Zirə” sabah Bakıya qayıdacaq.

Xəbər 276 dəfə oxundu.