Makedoniya yığmasının yeni baş məşqçisi müəyyənləşib
Makedoniya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Makedoniya Futbol Federasiyası baş məşqçi postunu Çedomir Yanevskiyə tapşırıb.
Makedoniyalı mütəxəssisin son iş yeri Cənubi Kipr çempionatı olub. O, bu ölkənin “Etnikos” (Axna) klubunu çalışdırıb. Yanevski əvvəllər Makedoniyanın U-21 yığmasına, Belçikanın “Brügge,” Serbiyanın “Srvena Zvezda”, Cənubi Kiprin “Enosis” klublarını çalışdırıdıb, Belçikanın “Brügge”, “Gent” və Yunanıstanın “Olimpiakos” klublarında məşqçi işləyib.
Qeyd edək ki, Makedoniya yığmasında son dövrlər Premyer Liqamızdan “Bakı”nın qapıçısı Edin Nuredinoski və “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem çıxış edir.

Xəbər 855 dəfə oxundu.