Azər Mirzəyev Çexiyada şahmat festivalının qalibi olub
Çexiyanın Marianske-Lazne şəhərində keçirilən “Marienbad Open 2022” şahmat festivalında təmsilçimiz Azər Mirzəyev uğurla çıxış edib.

Azərbaycan qrossmeysteri 9 turdan 6,5 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, bu, şahmatçımızın bu ay qazandığı İkinci qələbəsidir. Belə ki, Azər Mirzəyev Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Xəbər 282 dəfə oxundu.