Şpaqaçılarımız Bəhreyndə keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurublar
Şpaqa üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Kənan Məlikzadə və Elçin Daşdəmirov Bəhreynin paytaxtı Manama şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Qrup mərhələsini 2 qələbə ilə başa vuran şpaqaçılarımız 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə məğlubiyyətlə üzləşib. Elçin Daşdəmirov pley-offda BƏƏ-ni təmsil edən Məhəmməd Əl Maazmiyə (7:15), Kənan Məlikzadə isə isveçrəli Paskal Qrunderə (5:15) uduzub.

Xəbər 536 dəfə oxundu.