Yeddiqat Avropa çempionu olan İspaniya millisi "Niderland-2022"yə qələbə ilə başlayıb
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində yer aldığı D qrupunda növbəti oyun keçirilib.

Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da İspaniya və Bosniya və Herseqovina yığmaları üz-üzə gəliblər.

Yeddiqat Avropa çempionu olan İspaniya millisi rəqibini 5:1 hesabı ilə məğlub edib.

Azərbaycan yığması isə ilk görüşündə Gürcüstana 2:3 hesabı ilə uduzub.
Millimiz yanvarın 26-da İspaniya, Gürcüstan isə Bosniya və Herseqovina seçməsi ilə üz-üzə gələcək.

Xəbər 505 dəfə oxundu.