Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Yanvarın 22-də futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib.

Gürcüstan komandası ilə qarşılaşma 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin hər iki qolunu Rafael Vilela vurub. Komandamız növbəti oyununu yanvarın 26-da İspaniya komandasına qarşı keçirəcək.

Xəbər 302 dəfə oxundu.