Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti yığma komandaların baş məşqçiləri ilə görüşüb
Yanvarın 22-də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev Respublika Velotrekində müxtəlif növlər - şose, trek, dağ velosipedi və BMX üzrə yığma komandaların baş məşqçiləri ilə görüşüb.

Görüşdə qurumun rəhbəri və baş məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.

Xəbər 463 dəfə oxundu.