Cihan Özkaranın “Ərciyəsspor” klubunda debütü təxirə salınıb
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkaranın “Ərciyəsspor” klubunda debütü təxirə salınıb. Milliləşən futbolçumuz Türkiyə 1-ci Liqasının ilk turunda komandasına lazım olmayıb. Komandasının “Ankaragücü”nü evdə 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Cihan meydana çıxmayıb.

Qeyd edək ki, aşağı dəstədəki digər təmsilçimiz Cavid Hüseynov “Adana Dəmirspor”un “Boluspor”la qarşılaşmasında 86 dəqiqə oynamışdı.

Xəbər 1238 dəfə oxundu.