Azərbaycan çempionu argentinalı futbolçu ilə yollarını ayırıb | |
Bakının “Neftçi” klubu yarımmüdafiəçi Xorxe Korrea ilə yollarını ayırıb. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub rəhbərliyi argentinalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, 2021-ci ilin sentyabrında Azərbaycan çempionuna transfer olunan futbolçu 2 rəsmi oyunda forma geyinib. |
|
Xəbər 270 dəfə oxundu. |
|
|