“Neftçi”nin sonuncu yoxlama matçındakı rəqibi müəyyənləşib
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubunun sonuncu yoxlama matçındakı rəqibi müəyyənləşib. Bu, Polşanın “Qurnik Lençna” klubudur.

Yanvarın 24-də “Emirhan Sports Complex Side”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, flaqman qardaş ölkədə iki yoxlama oyunu keçirib. Bakı təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), beş gün sonra isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb.

Xəbər 259 dəfə oxundu.