Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov oyunçularla görüşüb
Bu gün Avropa çempionatının final mərhələsində ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan millisi matç öncəsi son məşqini keçirib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, “Martini Plaza”da məşqdən əvvəl federasiyanın prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov oyunçularla görüşüb, Gürcüstan yığması ilə oyunda qələbə qazanmağın vacib olduğunu bildirib.

Bir saat davam edən məşqdə qapıçı Rövşən Hüseynli və müdafiəçi Qallo iştirak etməyiblər. Onların ilk qarşılaşmada iştirak edib-etməyəcəyi bu gün məlum olacaq.

Xəbər 273 dəfə oxundu.