“Qarabağ” klubu “Baçka Topola” ilə yoxlama oyununda məğlub olub
Antalyada təlim məşq-toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın “Baçka Topola” klubu ilə qarşılaşıb. Görüş “köhlən atlar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci yarısında Polşanın “Şlyonsk” klubu ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.

Qeyd edək ki, “Qarabağ” Antalyadakı ilk matçında Rumıniyanın “Qaz Metan” klubu ilə qolsuz heç-heçə edib.

Xəbər 277 dəfə oxundu.