“Səbail” klubu müdafiəçi Turan Manafov ilə müqaviləni yeniləyib
Bakının “Səbail” klubu müdafiəçi Turan Manafov ilə müqaviləni yeniləyib.

Yeni müqavilə 1 il müddətinə nəzərdə tutulub.

Futbolçu 2019-cu ildən Bakı təmsilçisinin heyətində çıxış edir.

Daha əvvəl T.Manafovun Yunanıstanın “Olimpiakos Volos” klubu ilə anlaşdığı və tezliklə müqavilə imzalayacağı bildirilirdi.

Xəbər 451 dəfə oxundu.