Bu gün üç Premyer Liqa klubu yoxlama oyunları keçirəcək
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan futbol klubları bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər.

“Qarabağ” iki matçda qüvvəsəni sınayacaq. Qurban Qurbanovun baş məşqçi oldu komanda ilk olaraq Serbiyanın “Baçka Topola” klubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçiləri günün ikinci yarısında Polşanın “Slyonsk” komandasını sınağa çəkəcək. Qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.

“Qəbələ” ikinci oyununda Şimali Makedoniyanın “Borats” kollektivi ilə qarşılaşacaq.

Hazırlığını Bakıda davam etdirən “Səbail” isə I Divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” ilk matçında Rumıniyanın “Qaz Metan” komandası ilə qolsuz heç-heçə edib. “Qəbələ” Polşanın “Zaqlembe” komandasına 1:2, “Səbail” isə “Keşlə”yə 0:2 hesabı ilə uduzub.

Xəbər 262 dəfə oxundu.