Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının Prezidenti Çinq-Kuo Vunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu qəbul etmişdir.
Çinq-Kuo Vu Prezident İlham Əliyev ilə Pekin Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladı. O, gələn il gənclər arasında boks üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin yekdilliklə qərar qəbul etdiyini dedi və bu münasibətlə təbriklərini çatdırdı. Çinq-Kuo Vu ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı Azərbaycan Boks Federasiyasının böyük səylər göstərdiyini vurğuladı.
Dövlətimizin başçısı gənclər arasında boks üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin qərarını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev mötəbər idman yarışlarının Azərbaycanda keçirilməsinin beynəlxalq idman aləmində ölkəmizin nüfuzunun getdikcə daha da artması baxımından əhəmiyyətini vurğuladı.

10.12.2009
AzərTAc

Xəbər 2100 dəfə oxundu.