20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək
Yanvarın 21-22-də Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək.

Ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

Yanvarın 21-də 6-7, 8-9 və 10-11 yaşlı, 22-də 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.

Xəbər 303 dəfə oxundu.