Kişi voleybolçulardan ibarət Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində irəliləyib
Kişi voleybolçulardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb.

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) açıqladığı siyahıda Azərbaycan yığması da yer alıb.

Millimiz 96 xalla dünyanın 51-ci komandasıdır. Millimiz ötən reytinq ilə müqayisədə 5 pillə irəliləyib. Xal hesabı dəyişməyən yığmanın bu sıçrayışı FIVB-nin sanksiyaları sayəsində mümkün olub. Qurum bir sıra yığmaların aktivindən 50 xal silib.

Cədvəldə ilk üçlükdə Braziliya (399), Polşa (384) və Rusiya (352) milliləri yer alıblar.

Xəbər 286 dəfə oxundu.