Azərbaycan bahadırları dünya çempionatınin qalibi olub
Avqustun 25-26-da Bakıda yeniyetmələrin dünya çempionatında yunan-Roma güləşi yarışları keçirilib. İdman.com.az saytının məlumatına görə, yığma komandamızın üzvləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla çempionatı 84 xalla başa vurub. Bu nəticəyə görə yığmamız komanda hesabında hamını qabaqlayaraq birinci olub. Millimizin aşağıda adları çəkilən üzvləri medal qazanıblar:

Qızıl medal
Mikayıl Rəhmanov (46 kq)
Elnur Həsənov (50 kq)
Kərim Cəfərov (54 kq)
Murad Məmmədov (58 kq)
Ruhin Mikayılov (63 kq)
İslam Abbasov (76 kq)

Gümüş medal
Zamir Məhəmmədov (85 kq)

Bürünc medal
Sənan Süleymanov (42 kq)

Komanda hesabı:
Yunan-Roma güləşi

1. Azərbaycan - 84 xal
2. Gürcüstan - 62 xal
3. Rusiya - 61 xal

Xəbər 1287 dəfə oxundu.