Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında gümüş medal qazanıb
Bu gün Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışında Ruslan Lunyov pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada gümüş medal qazanıb.

Xatırladaq ki, bu medal Ruslanın son bir həftədə ikinci uğurudur. İdmançımız yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medal qazanmışdı.

Xəbər 369 dəfə oxundu.