Futzalçılarımız Niderlandda şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün matçın keçiriləcəyi Niderlanddakı “Martini Plaza”da növbəti məşqinə çıxıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, məşqdən əvvəl komanda heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Eduardo Borges, Rafael Vilela və Hadi Ahmadi də komandanın hazırlığında iştirak ediblər.
Qeyd edək ki, fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 273 dəfə oxundu.