"Zirə" Antalyadakı ikinci yoxlama oyununda əzmkar heç-heçə edib
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama oyununu keçirib.

Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Polşanın "Qurnik" (Leçna) komandası ilə üz-üzə gəlib.

Azərbaycan komandası meydana 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxıb. Matçdan öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Zirə" hesabda iki dəfə geri düşsə də, Təmkin Xəlilzadə 50-ci, İlkin Muradov isə 60-cı dəqiqədə fərqlənərək, bərabərliyi təmin ediblər.

Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə uduzub.

Xəbər 288 dəfə oxundu.