Daha bir futzalçımızın COVID-19 testinin nəticəsi neqativ olub
Yanvarın 16-da Belçikada verdiyi COVID-19 testi müsbət nəticələnən Azərbaycan millisinin üzvü Eduardo Borges növbəti dəfə test verib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, nəticə neqativ olub və müdafiəçi bu gün Belçikadan Niderlanda gələrək komandaya qoşulub. Bir gün əvvəl heyətə cəlb edilən Hadi Ahmadi də artıq millimizin Qroningendəki düşərgəsindədir.

Belçikada COVID-19 ilə bağlı verdiyi testin nəticəsi şübhəli hesab edilən Azərbaycan millisinin futzalçısı Rafael Vilela ötən gün yenidən test verib. Bu dəfə futzalçının testinin nəticəsi neqativ çıxıb.
Qeyd edək ki, fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 297 dəfə oxundu.