Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır
Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda 24 yaşlı futbolçunun “Başakşəhər” klubu ilə razılaşdığı bildirilib.

M.Emreli “Legiya” ilə hüquq çərçivəsində yollarını ayırdıqdan sonra “Başakşəhər”lə rəsmi müqavilə imzalayacaq.

Xəbər 259 dəfə oxundu.