Azərbaycan millisi Belarusda beynəlxalq turnirdə mübarizə aparacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə mübarizə aparacaq.

Millimiz də daxil olmaqla, fevralın 6-13-də 10 komandanın iştirakı ilə gənclər arasında 18-ci beynəlxalq turnir təşkil olunacaq.

Minskdə keçiriləcək yarışda yığmamızla yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcəklər.

Xəbər 282 dəfə oxundu.