Bakının “Zirə” klubu bu gün Antalyada Polşanın “Qurnik” komandası ilə üz-üzə gələcək
Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Zirə” klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.

Baş məşqçi Rəşad Sadıqovun çalışdırdığı komanda Antalyadakı ikinci sınağında Polşanın “Qurnik” (Lençna) klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xatırladaq ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Macarıstanın “Peç” komandasında 3:5 hesabı ilə məğlub olmuşdu.

Xəbər 265 dəfə oxundu.