Rusiya millisinin başı dərddə
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində 2-ci səfər oyununu keçirəcəyi Moskvanın “Lokomotiv” stadionu cəzalana bilər. İdman.com.az saytının məlumatına görə, buna Avropa Liqasının IV təsnifat mərhələsinin “Anji” və Niderlandın AZ “Alkmaar” klubları arasındakı oyunda baş verənlər səbəb olub.

Həmin matçda yaranan qalmaqal Rusiyanın Federasiya Şurasını da narahat edib. Qurum Rusiya Futbol İttifaqına stadionla bağlı qərarın çıxarılmasını tapşırıb.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu oktyabrın 16-da keçiriləcək. Oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə saat 20:00-da) başlayacaq. Stadiona ağır sanksiyanın veriləcəyi halda matçın yeri dəyişdirilə bilər.

Xəbər 855 dəfə oxundu.