Bakının "Sabah" klubu belaruslu qapıçı ilə müqavilə imzalayıb
Bakının "Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.
İyirmi səkkiz yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Neçayev karyerası ərzində Belarusun “Dinamo”, “Atlant”, “Lida” və “Rux” komandalarında çıxış edib.

Xəbər 513 dəfə oxundu.