Azərbaycan badmintonçusunun Hindistanda keçirilən beynəlxalq turnirdə növbəti rəqibi məlum olub
Badmintonçumuz Edi Reski Dviçayonun Hindistanın Laknau şəhərində keçirilən “Syed Modi India International 2022” turnirində növbəti rəqibi məlum olub.

Azsport.az Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, təmsilçimiz kişi badmintonçuların şəxsi yarışında səkkizdəbir finalda Belçika təmsilçisi Julyen Carraggi ilə qarşılaşacaq. Belçika idmançısı ilk görüşündə danimarkalı Kim Bruuna qalib gəlib.

Görüş yanvarın 20-də keçiriləcək.

Turnirə yanvarın 23-də yekun vurulacaq.

Xəbər 697 dəfə oxundu.