Türkiyə klubu argentinalı futbolçu ilə heyətini gücləndirib
Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi Argentinanın “San Lorenso” klubundan Franko Di Santonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Otuz iki yaşlı hücumçu karyerası ərzində İngiltərədə “Çelsi”, “Blekbern”, “Uiqan”, İspaniyada “Rayo Valyekano”, Almaniyada “Şalke” və “Verder”də çıxış edib. O, Argentina yığmasında 3 oyun keçirib.

Xəbər 269 dəfə oxundu.