Milli avarçəkmə federasiyasına yeni baş katib seçilib | |
Milli avarçəkmə federasiyasının vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun idarə heyətinin iclası olub. Allsport.az saytı xəbər verir ki, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iştirakçılara təqdim edilib. Onun bu vəzifəyə seçilməsi ilə bağlı idarə heyəti üzvlərinin səsverməsi keçirilib və yekdilliklə qəbul olunub. Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan velosiped idmanı federasiyasının baş katibi vəzifəsində çalışıb. 2017-2021-ci illərdə Avropa velosipedçilər birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub. Həmçinin 2018-ci ildən bu günədək BVİ-nin Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur. |
|
Xəbər 441 dəfə oxundu. |
|
|