Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.

Federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Belə ki, Firat Hüseynov federasiyasının vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib vəzifəsinə seçiliblər.

Yeni seçilmiş heyət 2024-ci ilin sonunadək vəzifələrini icra edəcək.

Xəbər 320 dəfə oxundu.